Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızılyel xəstəliyinin hansı fəsadları ola bilər? - Terapevt danışdı  

“Qızılyel streptokokk mikrobun törətdiyi ağır infeksion xəstəlikdir. Qızılyel zamanı dəri zədələnir, dəridə xarakterli al-qırmızı ləkələr əmələ gəlir”...

Poliqon-a bu sözləri Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova deyib.

Həkim bildirib ki, müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər: “Qızılyel əsasən yay və payız aylarında qeydə alınır. Qadınlar bu xəstəliyə daha tez-tez tutulur. Streptokokk çox yayılmış mikrobdur. Bir çox insanlar bu mikrobun daşıyıcılarıdır. Lakin Qızılyel xəstəliyi hamıda inkişaf etmir. Bunun üçün “əlverişli” şərait – insanın immun sisteminin zəifləməsi lazımdır”.

Həkim qeyd edib ki, bu xəstəlik yalnız immun sistemi zəif olan insanlarda inkişaf edir: “Güclü immun sistemi streptokokkla mübarizə aparır və xəstəlik inkişaf etmir. Bu səbəbdən xəstəlik əksər hallarda yaşlı insanlarda, kiçik yaşlı uşaqlarda, hamilə qadınlarda və uzun müddət ərzində hər hansı xroniki xəstəlikdən əziyyət çəkən insanlarda inkişaf edir”.

Nərminə xanım Qızılyel xəstəliyinin simptomlarını sadalayıb. Bunlar aşağıdakılardır:
– yüksək hərarət (39-400 C kimi). Hərarət qəflətən qalxır;
– intoksikasiya simptomları (baş ağrıları, əzələ ağrıları, halsızlıq, ürəkbulanması, qusma);
– zədələnmiş sahəyə yaxın yerləşən limfa düyünlərin böyüməsi;
– zədələnmiş dəridə əvvəl qaşınma, yanma hissi yaranır, daha sonra ağrı, qızartı, ödem əmələ gəlir, yerli hərarət artır (dəri isti olur). Bir neçə saatdan sonra bu sahə al-qırmızı rəng alır, sahənin kənarları aydın və nahamar (“dişlər” formasında) olur. Dəridə qanlı və irinli qabarlar əmələ gələ bilər.
Həkim-terapevt xəstəliyin risk faktorlarını da sadaladı:
– dərinin tamlığının pozulması (göbələk xəstəliyi, travma (hətta mikrotravma), sürtünmə və s. nəticəsində);
– xroniki venoz çatışmazlığı;
– şəkərli diabet (bu xəstəlik zamanı toxumaların qidalanması pozulur).
Nərminə Abbasova bildirdi ki, Qızılyel əsasən ayaqlar, qollar, üz, baş dərisində, nadir hallarda süd vəziləri, aralıq nahiyəsində inkişaf edir:

“Vaxtında başlanmış müalicə xəstənin tam sağalması ilə nəticələnir. Lakin bunun üçün xəstəliyi düzgün və vaxtında müalicə etmək lazımdır. Xəstəlikdən sonra immunitet yaranmır və xəstəlik yenə də qayıda bilər”.

Xəstəliyin ilk simptomlarında infeksionist həkiminə müraciət etməyin vacibliyini vurğulayan Nərminə Abbasovanın sözlərinə görə, əks halda xəstəlik məsələn dərinin irinli iltihabları, yaralar, imfa damarların iltihabları, “fil xəstəliyi” və sair ağır fəsadlar verə bilər:
“İmmun sistemi çox zəif olan insanlarda, yaşlı insanlarda, kiçik yaşlı uşaqlarda Qızılyel fonunda hətta sepsis, toksiki şok və sair ağır fəsadlar inkişaf edə bilər.

Xəstəlik əksər hallarda ev şəraitində müalicə olunur, ağır vəziyyətlərdə xəstə stasionarda müalicə alır. Dəridə olan ləkələr təxminən 15 gün ərzində yox olur. Ləkələrin yerində piqment ləkələr qalır və sonra bu ləkələr də tədricən yox olur”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

II Qlobal Media Forumunda iştirak edən xarici qonaqlar üçün Şuşada gəzinti təşkil edilib

Ərdoğan nazir və deputatlarla basketbol oynadı - Foto

Vasadze: Bakı ilə İrəvan arasında sülh sazişində ərazi iddiası qalmamalıdır

Ən çox oxunanalar